Yəmən ordusunun rəsmi sözçüsü Şərəf Loğman bildirib ki, Ərəbistan koalisiyası, o cümlədən Əmirliyin Yəmənə hərbi təcavüzü dayandırılana qədər Əmirlik sərmayə yatırımı üçün təhlükəlidir. Ordu sözçüsü deyib: Bizim Ərəbistanın Cizan və Əmirliyin Dubay şəhərlərində keçirdiyimiz əməliyyatlar müdafiə gücümüzün artmasına sübutdur. Əmirliyin hərbi təcavüzü davam etdikcə Yəmən raketləri və dronları Dubayı vuracaq. Ərəbistanın sahil qvardiyasının katerini Əl-Hədidədə balıqçı qayıqlarımızın vurulmasına cavab olaraq hədəfə almışıq.
Xatırladaq ki, Yəmən ordusu Dubay hava limanını vurandan sonra şəhərdən uçuşlar təxirə salınıb.