0
Tuesday 2 October 2018 - 09:29

Aman Allah, biz necə dünyada yaşayırıq!

Story Code : 753369
Aman Allah, biz necə dünyada yaşayırıq!
İsveçrəli iqtisadçı, geosiyasi analitik Piter Kyoniq (Peter Koenig)  ABŞ, Avropa universitetlərində mühazirə oxuyur, onun məqalələri Global Research, ICH, RT, Sputnik, PressTV, The 4th Media (China), TeleSUR, The Vineyard of The Saker Blog kimi nəşriyyələrdə çap edilir.
Kyoinq deyir: Biz demokratiya adlı diktaturada yaşayırıq. Onun təhlükəsizlik, sabitlik şüarları insanı boğur. Zaman ötdükcə Amerika bir polis dövlətinə çevrilir. Mən hava limanında bir saat ərzində azı yüz dəfə təhlükəsizlik sözünü oxudum ya eşitdim. Sən hər addımda radar nəzarət qapısından keçməlisən. Buş 11 sentyabr terror ixtirası ilə əslində təhlükəsizliyə son qoydu. Onlar daim müharibəyə bəhanə ardıncadırlar. Onlar guya kütləvi qırğın silahı axtarır. Amma Yəməndə, Suriyada, İraqda, Somalidə, Sudanda, Əfqanıstanda hər gün qətliam edilən insanlar onların vecinə də deyil. BMT Yəmən hökumətini  terrorçu hakimiyyət adlandırır. Elə həmin BMT deyir ki, bu ökədə 5 milyon körpə  aclıqdan ölüm ayağındadır. Amerika və müttəfiqləri Ərəbistanı əsil kütləvi qırğın silahı olan bombalarla təchiz edir, Yəmən xalqı qətliam olunur. Belə bir vəziyyətdə onlar terrorçu deyil, Yəmən hakimiyyəti terrorçudur?! Aman Allah, biz necə dünyada yaşayırıq!