QR CodeQR Code

Haaqa məhkəməsi Amerikanı ittiham etdi

IslamTimes , 4 Oct 2018 09:46

İslamTimes: ABŞ İrana sanksiyaların qaldırılması barədə zəmanət verməlidir


Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Haaqa Beynəlxalq Ədalət Məhkəməsinin İranın şikayətindən dolayı müvəqqəti qərarı ardınca Amerika 1955-ci ildə qoşulduğu bu öhdəlikdən çıxmaq barədə bəyanat verib. Məhkəmə öz qərarını elan edəndən bir saat sonra ABŞ xarici işlər naziri Pompeo belə bir münasibət açıqlayıb. Məhkəmə ötən gün qərar qəbul etdi ki, Amerika tibbi ləvazimatlar, ərzaq məhsulları, təyyarə üçün ehtiyat hissələri üzərində sanksiyaları ləğv etməlidir və qərarın yerinə yetirilməsi zəruridir. Məhkəmə Amerikadan göstərilən sahələrdə ticarətin təmini üçün zəmanət tələb edib.
Xatırladaq ki, Amerika 8 mayda Nüvə Razılaşmasından çıxandan sonra  İran Ağ Evə iki dəfə rəsmi etirazdan sonra məhkəməyə müraciət edib.
 


Story Code: 753819

News Link :
https://www.islamtimes.org/az/news/753819/haaqa-məhkəməsi-amerikanı-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org