QR CodeQR Code

The New York Times: Aİ-nin mexanizmi İranı razılaşmada saxlamaq üçün jestdir!..

IslamTimes , 6 Oct 2018 07:25

İslamTimes: Avropa İranı Nüvə Razılaşmasında saxlamaq üçün yol axtarır


The New York Times Avropanın İrana qarşı sanksiyalardan qaçmaq üçün təqdim etdiyi maliyə mexanizmini araşdırır. ABŞ tarixən iqtisadi imkanlarından siyasi məqsədlər üçün istifadə edib. İrana qarşı eyni siyasət yürüdüləndə Aİ Nüvə Razılaşmasını əldən çıxarmaq təhlükəsi ilə üzləşdi. Bu arada Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini qeri-amerika şirkətlərinin İranla ticarətdə hesablaşmalarını reallaşdırmaq üçün təklif irəli sürdü. Amerika buna sərt etiraz etdi.  Ekspertlərin də böyük bir hissəsi təklif olunan mexanizmin işləyəcəyinə şübhə edir. Deyilir ki, bu sadəcə jestdir, İranı Nüvə Razılaşmasında saxlamaq üçün jest! Artıq Aİ-nin yaradacağı qurum Amerikanın hədəfinə çevrilir. Təbii ki, bu qurumla işləyənlər də hədəf olacaq. Şirkətlər isə risk etməyəcək.
 


Story Code: 754122

News Link :
https://www.islamtimes.org/az/news/754122/the-new-york-times-ai-nin-mexanizmi-iranı-razılaşmada-saxlamaq-üçün-jestdir

Islam Times
  https://www.islamtimes.org