0
Sunday 7 October 2018 - 08:49

Həşd Şəbi Əl-Ənbarda təmizləmə əməliyyatına başladı

Story Code : 754342
Həşd Şəbi Əl-Ənbarda təmizləmə əməliyyatına başladı
İraqda Əl-Ənbarın qərbində təhlükəsizliyin təmini üçün təmizləmə əməliyyatı başlayıb. Əməliyyatı Həşd Şəbi qüvvələri, 13-cü ordu korpusu və təhlükəsizlik qüvvələri keçirir. Həşd Şəbinin əməliyyat rəisinin müavini Əhməd Nəsrullah ərazinin terrorçu ünsürlərdən  təmizlənməsini müştərək əməliyyatın əsas məqsədi kimi göstərib. Əhməd Nəsrullah deyib ki, ərazi ucqar olduğundan hələ ki terrorçular bu əraziyə sığınıb. İraq ərazisində fəaliyyətinə son qoyulmuş İŞİD-ın tör-töküntüləri məhz ucqar məntəqələrdə gizlənir.
 
Source : IslamTimes
Tagged
iraq