QR CodeQR Code

Həşd Şəbi Əl-Ənbarda təmizləmə əməliyyatına başladı

IslamTimes , 7 Oct 2018 08:49

İslamTimes: Əl-Ənbarın qərbində təhlükəsizlik təmin ediləcək


İraqda Əl-Ənbarın qərbində təhlükəsizliyin təmini üçün təmizləmə əməliyyatı başlayıb. Əməliyyatı Həşd Şəbi qüvvələri, 13-cü ordu korpusu və təhlükəsizlik qüvvələri keçirir. Həşd Şəbinin əməliyyat rəisinin müavini Əhməd Nəsrullah ərazinin terrorçu ünsürlərdən  təmizlənməsini müştərək əməliyyatın əsas məqsədi kimi göstərib. Əhməd Nəsrullah deyib ki, ərazi ucqar olduğundan hələ ki terrorçular bu əraziyə sığınıb. İraq ərazisində fəaliyyətinə son qoyulmuş İŞİD-ın tör-töküntüləri məhz ucqar məntəqələrdə gizlənir.
 


Story Code: 754342

News Link :
https://www.islamtimes.org/az/news/754342/həşd-şəbi-əl-ənbarda-təmizləmə-əməliyyatına-başladı

Islam Times
  https://www.islamtimes.org