QR CodeQR Code

İraq DİN: “Ərbəin zəvvarlarına xidmət etmək bizim üçün iftixardır”

Maide , 7 Oct 2018 17:25

İslamtimes- İraqın daxili işlər naziri Qasım Əl-Əraci İranın İraqdakı səfiri İrəc Məscidi ilə paytaxt Bağdadda görüşüb.


Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, tərəflər İmam Hüseynin (ə) Ərbəin mərasimində koordinasiyanı və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 
Əl-Əraci İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının ziyarətini asanlaşdırmaq üçün İraq hökuməti tərəfindən görülən son tədbirlər barədə də məlumat verib.
 
O deyib ki, İraq hökuməti və xalqı Ərbəin zəvvarlarına xidmət etməkdən qürur duyur və tərəddüdsüz istənilən Əhli-Beyt (ə) zəvvarına xidmət olunacaq.
 
İranın Bağdaddakı səfiri İraq dövləti və xalqının İmam Hüseynin (ə) zəvvarlarına etdiyi qonaqpərvərliklərə görə təqdir və təşəkkür edib.
 
Qeyd etmək lazımdır ki, hər il 4 milyon iranlı İraqdakı ziyarətgahları ziyarət edir və onların əksəriyyəti məhz Ərbəin münasibətilə İraqa səfər edirlər.
 
Bundan başqa, təqribən 2 milyon əcnəbi zəvvar və turist də İran ərazisindən keçərək, İraqa daxil olurlar.


Story Code: 754450

News Link :
https://www.islamtimes.org/az/news/754450/iraq-din-ərbəin-zəvvarlarına-xidmət-etmək-bizim-üçün-iftixardır

Islam Times
  https://www.islamtimes.org