QR CodeQR Code

Senator Kris Myorfi Ərəbistana xəbərdarlıq etdi

IslamTimes , 7 Oct 2018 19:37

İslamTimes: Amerika Ərəbistanla əlaqələrini kəsəcək?


Səudiyyəli jurnalist Camal Xaşoqcinin İstanbulda Səudiyyə konsulluğunu ziyarətdən sonra yoxa çıxması, sonradan doğranmış cəsədinin tapılması amerikalı senator Kris Myorfinin (Chris Murphy) sərt bəyanatı ilə müşayiət olunub.  The Washington Post qəzetinin köşə yazarı Xaşoqci  Səudiyyə kral ailəsi haqqında tənqidi yazılar yazıb və ailənin müxalifi kimi tanınır. Səudiyyə hökuməti Xaşoqcinin konsulluqdan çıxdığını iddia edir.
Senator Myorfi cəsəd tapılana qədər tvitlərində Ərəbistana xəbərdarlıq etmişdi. Jurnalistin cəsədi tapıldıqdan sonra senatorun mövqeyi kəskinləşdi. Kris Myorfi deyib: Xaşoqcinin oğurlanması və qətlinin Ərəbistanın işi olduğu sübuta yetərsə, Amerika Ərəbistanla əlaqələrini kəsməlidir.
 


Story Code: 754473

News Link :
https://www.islamtimes.org/az/news/754473/senator-kris-myorfi-ərəbistana-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org