QR CodeQR Code

Əl-Baradei: Xaşoqcinin qətli bəşər əleyhinə cinayətdir!

IslamTimes , 9 Oct 2018 07:04

İslamTimes: Ərəbistanlı müxalif jurnalistin qətlini dünya pisləyir


MAQATE-nin sabiq baş direktoru, Misirin sabiq vitse-prezidenti Məhəmməd Əl-Baradei ərəbistanlı müxalif jurnalist Camal Xaşoqcinin qətlini pisləyən bəyanat yayıb. Əl-Baradei deyib: Mən həyatda görüşdüyüm, sonradan itkin düşmüş Musa Sədr, Mənsur Əl-Keyxa, Camal Xaşoqci və başqalarını xatırlayıram. Beynəlxalq konvensiyaya əsasən insanların zorakılıqla itkin düşməsi bəşər əleyhinə cinayətdir. Bəzilərimizin insanların həyatına ehtiram qoymaq hissini əldən verməsi və ədalətin primitiv dərkinə malik olmaması üzücüdür.
Xatırladaq ki, Camal Xaşoqci Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb, sonradan onun doğranmış cəsədi aşkarlanıb.
 


Story Code: 754765

News Link :
https://www.islamtimes.org/az/news/754765/əl-baradei-xaşoqcinin-qətli-bəşər-əleyhinə-cinayətdir

Islam Times
  https://www.islamtimes.org