QR CodeQR Code

Yəmən qüvvələrindən Səudiyyə rejiminə güclü zərbə

Deyerler , 9 Oct 2018 16:18

İslamtimes- Yəmən ordusu Cizan bölgəsində keçirdiyi son əməliyyatında Səudiyyə rejiminin qüvvələrinə ağır zərbə vurub.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmənin Silahlı Qüvvələrindən verilən açıqlamada bunlar qeyd olunub: "Səudiyyə rejiminin Cizan bölgəsində Yəmən ordusu ilə inqilabi xalq komitələrinin birlikdə keçirdiyi son əməliyyat nəticəsində bir neçə kənd və hərbi mövqe ələ keçirildi. Bu əməliyyatda Səudiyyə rejimini 3 ədəd kəşfiyyat PUA-sı ilə 3 Abrams tankı məhv edildi, xeyli sayda səudiyyəli əsgər öldürüldü və ya yaralandı".
 
 
Bu açıqlamada, son əməliyyatın Səudiyyə rejiminin 8 oktyabr 2016-cı il tarixində paytaxt Sənada bir dəfn mərasimində etdiyi cinayətin 2-ci ildönümü ilə paralel olaraq keçirildiyi qeyd olunub.
 
2016-cı ildəki hadisədə Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya məxsus təyyarələr dəfn mərasimi keçirilən bir binanı bombalamışdı. Bu hücumda 140 nəfər həlak olmuş, 525 nəfər yaralanmışdı.
 


Story Code: 754895

News Link :
https://www.islamtimes.org/az/news/754895/yəmən-qüvvələrindən-səudiyyə-rejiminə-güclü-zərbə

Islam Times
  https://www.islamtimes.org