QR CodeQR Code

ABŞ-Çin müharibəsi təhlükəli fazaya keçir

Deyerler , 9 Oct 2018 16:27

İslamtimes- ABŞ vitse-prezidenti Mayk Pens çıxışlarının birində Çinin ticarət siyasətini kəskin qınayıb.


"Deyerler.org"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, ekspertin sözlərinə əsasən, Çin və ABŞ yeni ticarət müharibəsi ərəfəsindədir. Onun sözlərinə görə, Pekin ABŞ-ın demokratik proseslərinə müdaxilə edərək, ABŞ-a qarşı hərbi zorakılıqda iştirak edir. Çin müstəqil və ədalətli ticarətə mane olaraq Amerikaya ciddi zərər vurur.
 
Çinin televiziya kanalının bildirdiyinə görə, ABŞ-la Çin arasında olan münaqişə yeni bir mərhələyə keçib. Çinin müdafiə naziri Xya Çun Çinə qarşı ittihamların əsassız olmasıni bildirib. Onun sözlərinə görə, ittihamlar cüzi sayda hallara əsaslanaraq xususi ciddiyyət daşımır. O eyni zamanda, Pensin, Çinin əldə etdiyi iqtisadi naliyyətlərə görə ABŞ-a borclu olduğu sözləri ilə də razılaşmayıb. Onun sözlərinə görə, Pekin iqtisadiyyat işlərində islahat aparır, “aşkarlıq” siyasəti həyata keçirir. Həledici olaraq Çin xalqının buna sərf etdiyi zəhməti və digər dövlətlərlə əməkdaşlığı rol oynayır.
 


Story Code: 754898

News Link :
https://www.islamtimes.org/az/news/754898/abş-çin-müharibəsi-təhlükəli-fazaya-keçir

Islam Times
  https://www.islamtimes.org