0
Tuesday 9 October 2018 - 17:27

İndoneziyada növbəti zəlzələ - 5 min insan itkin düşdü

Story Code : 754909
İndoneziyada növbəti zəlzələ - 5 min insan itkin düşdü
Maide.Az İslaminSesi-nə istinadən xəbər verir ki,  sentyabr ayının 28-də İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib.
 
Zəlzələ qurbanları hələ də dağıntılar altından tam çıxarılmamış Sulavesi adasının Palu şəhərində  5,2 gücündə yeni zəlzələ baş verib.
 
Sulavesi adasının 5 kilometr şimal-şərqində baş verən yeraltı təkanlar güclü şəkildə hiss edilib.
 
Milli Fəlakət Agentliyinin sözçüsü təxminən 5 min insanın itkin düşdüyünü , həmçinin kəndlərdə baş verən torpaq sürüşməsi nəticəsində insanların dağıntılar altında qaldığını açıqlayıb.
Source : Maide
Comment