QR CodeQR Code

İndoneziyada növbəti zəlzələ - 5 min insan itkin düşdü

Maide , 9 Oct 2018 17:27

İslamtimes- İndoneziyanın Sulavesi adasında yenidən zəlzələ baş verib.


Maide.Az İslaminSesi-nə istinadən xəbər verir ki,  sentyabr ayının 28-də İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib.

 
Zəlzələ qurbanları hələ də dağıntılar altından tam çıxarılmamış Sulavesi adasının Palu şəhərində  5,2 gücündə yeni zəlzələ baş verib.
 
Sulavesi adasının 5 kilometr şimal-şərqində baş verən yeraltı təkanlar güclü şəkildə hiss edilib.
 
Milli Fəlakət Agentliyinin sözçüsü təxminən 5 min insanın itkin düşdüyünü , həmçinin kəndlərdə baş verən torpaq sürüşməsi nəticəsində insanların dağıntılar altında qaldığını açıqlayıb.


Story Code: 754909

News Link :
https://www.islamtimes.org/az/news/754909/indoneziyada-növbəti-zəlzələ-5-min-insan-itkin-düşdü

Islam Times
  https://www.islamtimes.org