QR CodeQR Code

Məhəmməd Əli Əl-Husi: “Səudiyyə rejimi Yəmənə qarşı iqtisadi müharibəyə başladı”

Deyerler , 9 Oct 2018 19:14

İslamtimes - Yəmənin Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Səudiyyə rejimi və müttəfiqlərinin Yəmən rialının dəyər qazanması yolunda maneələr yaratdığını bildirərək, Yəmənə təcavüz edən bu zümrənin Yəmənə qarşı iqtisadi müharibə apardığını açıqlayıb.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi, həmçinin BMT-nin baş katibi və təşkilatın Yəmən üzrə xüsusi nümayəndəsinə məktub yazaraq, Yəmən millətinə pul yardımı üçün bir mexanizm qurmasını istəyib.
 
Əl-Husi ərzaq maddələri yardımının pula çevrilməsi üçün bir mexanizm qurulmasını və bununla ehtiyaclı ailələrə bank hesabları vasitəsilə vasitəçi olmadan yardım çatdırılmasını təklif edib.
 
Bu arada, BMT Yəmən rialının dəyərdən düşməsi səbəbilə 3 milyon yəmənlinin aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
 


Story Code: 754911

News Link :
https://www.islamtimes.org/az/news/754911/məhəmməd-əli-əl-husi-səudiyyə-rejimi-yəmənə-qarşı-iqtisadi-müharibəyə-başladı

Islam Times
  https://www.islamtimes.org