QR CodeQR Code

İtaliya Berlindən cinayətkarları istəyir

30 May 2011 08:17

IslamTimes - İtaliyanın müxtəlif məhkəmə instansiyaları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş 17 nasist hərbi cinayətkar hazırda Almaniyada azadlıqda yaşayırlar


Milli.Az xəbər portalı RAİ-yə istinadən bildirir ki, İtaliyanın müxtəlif məhkəmə instansiyaları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş 17 nasist hərbi cinayətkar hazırda Almaniyada azadlıqda yaşayırlar. Bunu Romanın baş hərbi prokuroru Marko De Paolis bildirib. II Dünya Müharibəsi illərində alman işğalçıların İtaliya ərazisində törətdikləri cinayətlərlə əlaqədar işlərin tam əksəriyyəti onun nəzarətindədir.

"Məhkum edilmişlər arasında II Düyna Müharibəsi tarixində ən dəhşətli cinayətlər törətmiş adamlar var", - prokuror ANSA-ya verdiyi müsahibəsində deyib.

İtaliyada "nasist ovçusu" kimi tanınan De Paolis 1990-cı illərdən başlayaraq II Dünya Müharibəsi illərində İtaliyada törədilmiş hərbi cinayətləri araşdırır. Həmin cinayətlər arasında Sant-Annada 560, Marsabottoda 770, Val di Kyanada 244, Brandzolinoda 10, Çertoza di Farnellada 16 dinc italyanın vəhşicəsinə öldürülməsi var.


Story Code: 75516

News Link :
https://www.islamtimes.org/az/news/75516/italiya-berlindən-cinayətkarları-istəyir

Islam Times
  https://www.islamtimes.org