0
Monday 30 May 2011 - 08:25

ABŞ Gürcüstanı silahlandırmalıdır

Story Code : 75518
ABŞ Gürcüstanı silahlandırmalıdır
ABŞ Gürcüstanı silahlandırmalıdır
“Ərazilərini işğal edən, təcavüzkar qonşusu olan Gürcüstanın müdafiə olunmaq hüququ var”
ABŞ Gürcüstana müasir müdafiə sistemləri verməli, Fransa prezidenti Nikolya Sarkozi isə Rusiyanı atəşkəs sazişinin bütün bəndlərini yerinə yetirməyə inandırmalıdır. Bu bəyanatla respublikaçı senator Con Makkeyn Gürcüstanın “Rustavi-2” telekanalına müsahibəsində deyib. “Hər bir ölkənin müdafiə olunmaq hüququ var. O cümlədən, ərazilərini işğal edən təcavüzkar qonşusu olan Gürcüstanın”, - Con Makkeyn bildirib.

ABŞ prezidentliyinə keçmiş namizəd, indi də Vaşinqtonda böyük nüfuza malik Con Makkeyn hesab edir ki, Fransa prezidenti Nikolya Sarkozi də fəallıq nümayiş etdirməlidir. Senator hesab edir ki, Fransa prezidenti Moskvanı 12 avqust 2008-ci ildə imzalanan və Rusiya qoşunlarının müharibədən əvvəlki mövqelərə çəkilməsini nəzərdə tutan sazişə əməl etməyə inandırmalıdır.

“Sazişə əməl etməməklə Rusiya bütün beynəlxalq normaları pozur”, - deyə o bildirib.

Con Makkeyn qeyd edib ki, ABŞ da öz növbəsində Rusiyanın adi silahların ixtisarı barədə sazişi yerinə yetirməsi və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsi üçün səy göstərməlidir.

Comment