Sarkozi Liviyada insanlığa qarşı cinayətlərdə ittiham olunur
Story Code : 75570
Keçirdiyi mətbuat konfransı zamanı vəkillər bildirib ki, fransalı vəkillər NATO bombardmanları nəticəsində Liviyada qətliam edilən dinc insanları müdafiə etmək niyyətindədirlər.
“Vəkillər liviyalı ailələr adından Fransa məhkəməsində iddia qaldıracaqlar”, - deyə 30 ailənin iştirak etdiyi mətbuat konfransında bildirilib. Keçmiş nazir dinc insanlara qarşı qanlı qətliamı kəskin pisləyib.
“Biz sükut divarlarını dağıtmaq niyyətindəyik”, - deyə keçmiş XİN rəhbəri vurğulayıb. Onlar Parisə qayıtdıqdan dərhal sonra məhkəmə işinə başlayacaqlar. /Deyerler/