QR CodeQR Code

Sionist mətbuatı: Fələstin raketləri “Dəmir günbəzi” məğlub etdi

Nur-az.com , 18 Oct 2018 17:50

İslamtimes- Sionist rejimin “Debka” informasiya mərkəzi cümə axşamı yazıb: “Dəmir günbəz hava hücumundan müdafiə qurğusu Fələstin raketləri qarşısında məğlub oldu.”


Mossada bağlı Debka qəzeti əlavə edib: “Dəmir günbəzin İsrail üçün heç bir faydası olmayıb və Həmasın raketləri qarşısında acizdir, beləliklə, İsrail ordusunun zəif nöqtəsi üzə çıxıb.”
Qəzzədan atılmış raketin Berus-səbdə düşməsinə toxunan qəzet yazıb: “Təbii ki, Dəmir günbəz sistemi belə raketlərlə mübarizə edir, lakin onun əməliyyatı uğurlu olmayıb.”
Qəzet anti-radar raketlərin Qəzzəyə necə gəlib çıxması sualını da ortaya qoyur və İsrailin kəşfiyyat mərkəzlərinin Qəzzədə belə bir raketlərin mövcud olmasından xəbərsiz olduğunu bildirir.
Sionist rejim mediaları çərşənbə günü Qəzzədən işğal edilmiş Fələstin ərazilərinə iki ədəd raket atıldığını və onlardan birinin Berus-səb məntəqəsinə düşdüyünü xəbər vermişdilər.


Story Code: 756611

News Link :
https://www.islamtimes.org/az/news/756611/sionist-mətbuatı-fələstin-raketləri-dəmir-günbəzi-məğlub-etdi

Islam Times
  https://www.islamtimes.org