0
Friday 19 October 2018 - 02:15

Ərbəin üçün ziyarətçi qeydiyyat sayı 1 milyonu keçib

Story Code : 756660
Ərbəin üçün ziyarətçi qeydiyyat sayı 1 milyonu keçib
İslamazeri.com xəbər verir ki, hər il İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününün ildönümü olan Ərbəin günündə keçirilən böyük yürüşə marağın çox olduğu bildirilib.

Məsələ ilə bağlı açıqlama verən Həcc və Ziyarət Təşkilatı bu gün etibarı ilə böyük Ərbəin yürüşündə iştirak etmək üçün aparılan qeydiyyatların sayının 1 milyonu keçdiyini bildirib.

Kərbəlada keçirilən Ərbəin yürüşündə keçən il 14 milyon zəvvar iştirak edirdi.

Bu ilki yürüşdə iştirakçı sayının daha da artması gözlənilir.
Source : Islamazeri
Comment