QR CodeQR Code

Azərbaycanlı zəvvarların növbəti karvanı Ərbəin ziyartinə yollanıb

IslamTimes , 21 Oct 2018 21:57

İslamTimes:  Bu il Azərbaycandan Kərbəlaya Ərbəin ziyarətinə 12 mindən çox zəvvar gedəcəyi ehtimal olunur


Hicri-qəməri tarixi ilə səfər ayının ilk həftəsindən başlayaraq Azərbaycandan İraqa Ərbəin ziyarətinə zəvvarların yollanması başlayır.
 Maide.Az  xəbər verir ki, ötən gün daha bir neçə zəvvar karvanı Ərbəin ziyarətinə yollanıb.
 Ötən gün Bakının Bibi-Heybət və Əjdərbəy məscidləri, 20 yanvar abidəsi və sair məkanlarından start götürərək, İran və İraq istiqamətdə ondan artıq zəvvar avtobusu yola düşüb.
Hər il olduğu kimi səfər ayında bu ildə də minlərlə zəvvar ölkəmizdən Kərbəlaya yollanıb.
Təxmini statistikaya görə bu il Azərbaycandan Kərbəlaya Ərbəin ziyarətinə 12 mindən çox zəvvar gedəcəyi ehtimal olunur.
 Zəvvarların Ərbəin ziyarəti təqribən iki həftə sürəcək və onlar səfər ayının 20-dən (30 oktyabr) sonra tədricən vətənə dönməyə başlayacaqlar.


Story Code: 757141

News Link :
https://www.islamtimes.org/az/news/757141/azərbaycanlı-zəvvarların-növbəti-karvanı-ərbəin-ziyartinə-yollanıb

Islam Times
  https://www.islamtimes.org