QR CodeQR Code

Avropa ABŞ-a xəbərdarlıq etdi

IslamTimes , 29 Oct 2018 19:14

İslamTimes: İrana qarşı sanksiyalar doları zəiflədir


Washingtonexaminer xəbər verir ki, avropa ekspertləri İrana qarşı sanksiyaların ABŞ dollarını zəiflədəcəyini proqnozlaşdırır. ABŞ dolları ilə müamilə edə bilməyən məşhur dünya şirkətləri başqa valyutalara üz tutacağı zaman dolların kölgədə qalacağı aksiomdur. 4 noyabrda işə düşəcək neft sanksiyaları SWIFT  detilən mexanizmi işdən salır. SWIFT  Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir. Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.
 


Story Code: 758426

News Link :
https://www.islamtimes.org/az/news/758426/avropa-abş-a-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org