QR CodeQR Code

Netanyahu ərəb ölkələrini gəzir – Növbəti ölkə

İslaminsesi , 2 Nov 2018 12:27

İslamtimes - İsrailin Baş Naziri övbəti ərəb ölkəsinə səfər edəcək.



“İslaminSesi” əl-Aləmə istinadən bildirir ki, bu məsələyə israilli yazıçı və çox zaman Hetanyahu ilə birgə səfərlərdə iştirak edən “Begin Strateji Araşdırmalar Mərkəzi”nin professoru Edide Cohen məlumat verib.
 
Onun dediyinə görə Netanyahunun səfər edəcəyi növbəti ərəb dövləti Bəhreyn olacaq.
 
Məlumatı “Twitter” səhifəsində yazan professor, Bəhreyn xarici işlər nazirini “qardaş” adlandırıb və hər şey üçün ona təşəkkür etdiyini bildirib.
 
O deyib: "Biz ümid edirik ki, tezliklə Benyamin Netanyahu, Allahın istəyi ilə Əlahəzrət Bəhreyn Kralı ilə görüşəcək. Görüş qarşılıqlı səmimiyyət və sevgi  şəraitində keçəcək.”
 


Story Code: 759201

News Link :
https://www.islamtimes.org/az/news/759201/netanyahu-ərəb-ölkələrini-gəzir-növbəti-ölkə

Islam Times
  https://www.islamtimes.org