0
Monday 12 November 2018 - 09:02

Eldar Mahmudovun oğlu Londonda şirkət açdı

Story Code : 760662
Eldar Mahmudovun oğlu Londonda şirkət açdı
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da İngiltərədə şirkət açıb. Özü də maliyyə şirkəti, yəni bank”.
Azinforum.az-ın məlumatina görə, bu barədə xəbəri hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli verib. Bildirilir ki, ” MEA CAPITAL LIMITED” adlı qurum keçən ayın 11-də Londonda qeydiyyatdan keçirilib. Şəhadətnamə nömrəsi 11618237-dir.
Təsisçinin qeydiyyat ünvanı: Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom: “Yeri gəlmişkən, bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur. Keçmiş kənd təsərrüfatı naturist İsmət Abbasovun oğlu Yunis Abbasovun da Walton-On-Thamesda villası və yaxtası var.
Şirkətin adının mənası da aydındır: Mahmudov Eldar & Anar.
Source : IslamTimes