0
Monday 12 November 2018 - 13:30

Tacikistandakı həbsxanada İŞİD-in qaldırdığı qiyam yatırılıb – 47 məhbus həlak olub, 121 yaralı var

Story Code : 760736
Tacikistandakı həbsxanada İŞİD-in qaldırdığı qiyam yatırılıb – 47 məhbus həlak olub, 121 yaralı var
Bu haqda Tacikistanın “Axbor” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, 47 məhbusun nəşi ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil verilib, qiyamda yaralanan 121 məhbus isə xəstəxanada müalicə edilir. Qiyam zamanı həbsxanada çalışan iki zabit və bir xüsusi təyinatlı da həlak olub, kalonun on keşikçisi yaralanıb.

Xatırladırıq ki, noyabrın 7-dən 8-nə keçən gecə İŞİD qruplaşmasının üzvü olan məhbuslardan biri keşikçinin avtomatını əlindən alaraq həbsxananın nəzarətçi və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər və bununla da qiyam başlayıb.
Source : Nur-az.com
Comment