QR CodeQR Code

İsrail ordusu Qəzza sektoruna zərbələr endirib, ölənlər və yaralananlar var

Report , 13 Nov 2018 10:04

İslamtimes- İsrail odusu Fələstin silahlılarının Qəzza sektorundakı 20-dən çox obyektinə havadan və qurudan zərbələr endirib.


"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, bunlar qarşı tərəfin raket atəşlərinə cavab zərbələri olub.
 
Zərbələr avtobusa və yaşayış evinə düşüb. Nəticədə 2 fələstinli ölüb, azı 8 nəfər yaralanıb.
 
Hədəflərdən biri İsrailə raket zərbəsi hazırlayan silahlı qruplaşma olub. "Ordunun bütün Qəzza sektoru boyunca zərbələri davam etdirilir", - deyə həbrçilər bildirib.
 
Mətbuat xidmətinin son məlumatına görə, silahlılar İsrailə 80-dən çox raket və mina atılıb.
 


Story Code: 760873

News Link :
https://www.islamtimes.org/az/news/760873/israil-ordusu-qəzza-sektoruna-zərbələr-endirib-ölənlər-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org