0
Tuesday 13 November 2018 - 11:05

Avropa öz səfirini Ərəbistandan geri çağırmağı planlaşdırır

Story Code : 760896
Avropa öz səfirini Ərəbistandan geri çağırmağı planlaşdırır
Hollandiyanın NRC qəzeti yazır ki, Avropa Parlamentinin 57 üzvü Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə məktub təqdim edib. Məktubda Avropa İttifaqının Səudiyyə Ərəbistanındakı səfirinin geri çağırılması tələb olunur. Ərəbistanlı müxalif jurnalist Camal Xaşoqcinin İstanbulda Ərəbistan konsulluğunda amansızlıqla qətlə yetirilməsi parlament üzvlərini qəzəbləndirib. Məktubu imzalayanlar Ərəbistanı insan haqlarının kobud şəkildə pozulduğu ölkə kimi dəyərləndirir və bu ölkə ilə diplomatik əlaqələrin kəsilməsini zəruri sayır.
 
Source : IslamTimes