0
Tuesday 13 November 2018 - 11:29

Yəmənli jurnalist Husilərə xəyanət edən şəxsə ayaqqabı tolazladı

Story Code : 760898
Yəmənli jurnalist Husilərə xəyanət edən şəxsə ayaqqabı tolazladı
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının mətbuat rəsmilərindən biri Həmid Rizq, Əbdüssəlam Cabir adlı bir şəxsin Milli qurtuluş dövlətindən qaçmasını və Ər-Riyada sığınmasını maraqlı bir hadisə kimi qiymətləndirib. Həmid Rizq şəxsi Twitter səhifəsində, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri mediasının təbliğatlarına və ərəb koalisiyasının Yəmənin müxtəlif cəbhələrində ordu və xalq komitələrinə qarşı ardıcıl uğursuz hücumlarında Əbdüssəlam Cabiri istifadə etdiyni, bu adam üçün Ər-Riyadda mətbuat konfransı keçirdiyini, elə həmin mətbuat konfransında bu adama ayaqqabı atılması xəbərlərinə toxunaraq, belə status paylaşıb: “Keçən dörd ildə, heç kəs Sənada bir kəşfiyyat naziri olduğunu bilmirdi, bu gün isə bütün dünya Əbdüssəlam Cabiri tanıdı, fərarilik etmək istəyənlərə təbriklərimizi çatdırın və deyirəm ki, ayaqqabılarım səni gözləyir”.
 
Bu arada, Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşat noyabrın 10-nu Yəmən Milli Qurtuluş Dövlətinin kəşfiyyat naziri kimi, Ənsarullah hərəkatının siyasi bürosunun keçmiş üzvü Seyfullah Əş-Şamini təyin edib.
 
Xatırlatmaq lazımdır ki, son dörd il ərzində BƏƏ ilə Səudiyyə rejimi Yəmən xalqına qarşı keçirdiyi müharibə bataqlığında batıb qalmışdır. Əbdüssəlam Cabirin özlərinə strateji bir uğur təmin etməsi üçün çalışıblar və çoxlu təbliğatlar aparmaqla Cabirin gedişinin Ənsarullaha böyük bir zərbə olduğunu iddia ediblər.
 
Ancaq xəbər mənbələrinə görə, Cabir heç vaxt Ənsarullahın və Husilərin bir üzvü olmayıb. Yəmənin cənubundakı Dali şəhərinin sakinidir və sünni camaatından olan qəbiləsinin lideri Həsən Təlim vasitəsilə işğalçı Səudiyyə rejimi ilə əlaqəyə keçmiş, Yəmən xalqına az miqdarda pul müqabilində xəyanət etmiş və işğalçılara əməkdaşlıq etmişdir.
 
Source : Deyerler
Tagged
yəmən
Comment