0
Tuesday 13 November 2018 - 11:41

Xaşoqcinin qatilləri: Rəisə deyin əmr yerinə yetirildi!

Story Code : 760902
Xaşoqcinin qatilləri: Rəisə deyin əmr yerinə yetirildi!
The New York Times qətlə yetirilmiş jurnalist Xaşoqci ilə bağlı səs faylından məlumatlı üç mənbəyə istinadən xəbər verir ki, səs faylında qatillərin Riyazla telefon söhbəti yer alıb. Cinayətkar qrupun üzvlərindən biri Xaşoqcinin qətlindən sonra Riyazla əlaqə saxlayıb və deyib: Rəisə deyin əmr yerinə yetirildi!
Mənbə bildirir ki, telefonda danışan Türkiyəyə ezam edilmiş 15 nəfərlik qətl qrupunun üzvü Mahir Əbdüləziz Mütribdir. O, ərəbcə danışır. Onun Bin Salmanın köməkçisi ilə danışdığı ehtimal olunur.
 
Source : IslamTimes