0
Tuesday 13 November 2018 - 13:54

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub

Story Code : 760943
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Ağdam rayonunun işğal altında olan Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
 
Source : Report
Comment