0
Wednesday 1 June 2011 - 15:26

"İran ABŞ-ın istənilən ağılsız addımına cavab verməyə hazırdır

Story Code : 76096
"İran ABŞ-ın istənilən ağılsız addımına cavab verməyə hazırdır
"İran ABŞ-ın istənilən ağılsız addımına cavab verməyə hazırdır
"IslamTimes" xəbər verir ki, İran İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi Boliviyaya rəsmi səfəri çərçivəsində Boliviya, Venezuela və Panamalı tələbələrin buraxılış mərasimində iştirak edibdir. Cənab Vahidi mərasim zamanı təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıbdır. 

Əhməd Vahidi Venezuelanın milli neft şirkətinə ABŞ tərəfindən sanksiyalar tətbiq olunmasına işarə ilə söyləyib: "ABŞ-ın bu addımı çox məntiqsiz bir aqddım idi. ABŞ hər zaman müstəqil dövlətlərə qarşı bu sayaq sansikayalardan istifadə edir. Onların bu addımı ABŞ-ın zəifliyini göstərir. 

Jurnalistlərdən biri müdafiə nazirinə ABŞ-ın tətbiq etdiyi sanksiyaların İrana mənfi təsir qoyub-qoymadığı haqda sual ünvanlayıb. Ə. Vahidi deyib: "ABŞ 32 ildir ki, İrana qarşı sanksiyalar tənzimləyir. Bu sanksiyalar nəinki İrana mənfi təsir göstərməyib, hətta səbəb olub ki, biz daha aktiv fəaliyyət göstərərək, böyük nailiyyətlərə çataq. 

İranın müdafiə naziri "ABŞ İrana hücum edəcəyi təqdirdə İranın reaksiyası necə olacaq" sualına cavab olaraq deyib: "ABş İraq və Əfqanıstandakı zillətdən sonra ağılla addım atmaq niyyətində olsa heç vaxt İrana hücumu ağlından keçirməz. Amma əgər bu hadisə baş verərsə, qüdrətli İran dövləti ABŞ-ın istənilən ağılsız addımına cavab verərək onları əzməyə hazırdır"
Comment