0
Thursday 15 November 2018 - 09:26

Həniyyə: Libermanın istefası ilə siyasi qələbə qazandıq!

Story Code : 761316
Həniyyə: Libermanın istefası ilə siyasi qələbə qazandıq!
Həmas Hərəkatının siyasi ofisinin rəisi İsmail Həniyyə Fələstin müqavimətinin çox əhəmiyyətli qələbəsindən danışıb. Xan Yunusda kəşfiyyat uğurları, Qəzzənin cənubunda hərbi əməliyyatlarda qələbə sionist rejimin hərb nazirinin istefası ilə nəticələnib. Aviqdor Libermanın istefası ardınca bəyanat verən Həniyyə deyib: Bu istefa Fələstin müqavimət qruplarının siyasi qələbəsi sayılır. Libermanın istefası işğalçı rejimin öz məğlubiyyətini etiraf etməsidir. Müqavimət bu hərbi qələbəni bir həftə ərzində əldə edib.
 
Source : IslamTimes
Tagged
fələstin