0
Saturday 17 November 2018 - 15:15

HƏMAS-ın əlində israilli komandirin öldürülməsi ilə bağlı görüntülər var

Story Code : 761773
HƏMAS-ın əlində israilli komandirin öldürülməsi ilə bağlı görüntülər var
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İzzəddin Əl-Qəssam Briqadalarının keçən həftə İsrail rejimi ilə toqquşmalarda öldürülən üzvləri üçün Qəzzanın cənubundakı Xan Yunis şəhərində təşkil etdiyi anım mərasimində danışan Sinvar, HƏMAS-ın İsrail rejiminin Qəzzaya tətbiq etdiyi blokadanı qırmaq və Fələstin xalqına yaxşı həyat təmin etmək məsələsində qərarlı olduğunu söyləyib. Blokadanı razılaşma ilə, vasitəçilərlə və Böyük qayıdış yürüşü ilə qırmağa qərar verdiklərini dyən Sinvar, belə danışıb: “Bunlardan savayı başqa şeylər lazım olarsa, ona da hazırıq”.
 
“Raketlərimizin uşaqlarımızın südü, dərmanı və ərzağımız ilə mübadilə edilməsinə imkan verməyəcəyik. Nə olursa olsun, mühasirənin davam etməsinə icazə verməyəcəyik. Düşmən 2014-cü ildən etibarən Qəzzaya təşkil etdiyi hücumlardan sonra sükutumuzun əbəs yerə olmadığından xəbərdar oldu”.
 
HƏMAS-ın əvvəlkinə nisbətən daha güclü və daha dəqiq raketlərə malik olduğunu vurğulayan Sinvar, artıq təfsilat vermədən Qəssam Briqadalarının əlində israilli komanirin öldürülməsinin görüntülərinin də olduğunu deyib.
 
Source : Deyerler
Comment