QR CodeQR Code

Milli Şuranın sədri və AXCP sədri saxlanılıb

contact.az , 18 Nov 2018 12:00

İslamtimes - 17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.


Bu haqda Turan-a Demokratik Qüvvələrin Milli Şurasından bildiriblər.
 
Məlumata görə, quruma üzv olan siyasi birliklərin yüzlərlə üzvü bu gün, noyabrın 17-də ziyarət üçün Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumları əməkdaşları onları xiyabana buraxmayıb.
 
Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinin saxlanıldığı bildirilir.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Ruslan Qurbanlı da saxlanılanlar arasındadır. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail rayon Polis İdarəsinə aparılıb. Saxlanılanlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.


Story Code: 761936

News Link :
https://www.islamtimes.org/az/news/761936/milli-şuranın-sədri-və-axcp-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org