Bəhreyn müsəlmanları namazları rejimin dağıtdığı məscidlərin yerində qılır
Story Code : 762095
Maide.Az “tasnimnews” agentliyinə istinadən xəbər verir ki, Manama yaxınlığında yerləşən Əl-Zənc bölgəsinin əhalisi 2011-ci ildə Ali Xəlifə rejimi tərəfindən dağıdılmış Əl-Ələviyyat məscidində toplaşaraq camaat namazı qılıblar.
Bəhreynin Əl-Zənc və digər bölgə sakinləri hər həftə Ali Xəlifə rejimi tərəfindən dağıdılmış 30-dan çox məscidin dağıntılarının olduğu ərazidə toplaşaraq camaat namazları təşkil edirlər.
Qeyd edək ki, Bəhreyn rejimi ölkədə Əhli-Beyt (ə) ardıcıllarının çoxluqla yaşadığı ərazilərdə məscidləri bir-bir dağıdır.