0
Monday 19 November 2018 - 13:31

Əbubəkr Əl-Bağdadi Həcindədir?

Story Code : 762120
Əbubəkr Əl-Bağdadi Həcindədir?
Əl-Ərəbiyyə Şəbəkəsi hazırda əksər İŞİD komandirlərinin Suriyanın Əbu-Kamal rayonunda Həcin qəsəbəsində gizləndiyini xəbər verir. Xəbərdə yer alıb ki, İŞİD lideri Əbubəkr Əl-Bağdadinin də Həcində gizlənməsi ehtimalı böyükdür. İŞİD-in ərazidəki müttəfiqi olan kürdlər girovların başını kəsən işidçiləri gizlədikləri kimi Əl-Bağdadı haqqında da məlumat vermirlər. Suriyada özünü Demokratik Qüvvələr adlandıran silahlı birləşmənin sözçüsü Əl-Bağdadinin Həcində olması xəbərini təkzib edib. Amma Deyrəzzur Hərbi Şurasının sözçüsü bütün başqa İŞİD komandanları kimi Əl-Bağdadinin də bu qəsəbədə olması ehtimalını dilə gətirib.
 
Source : IslamTimes
Tagged
əl-bağdadi