QR CodeQR Code

ABŞ Türkiyəni razı salmağa çalışır

2 Jun 2011 05:39

IslamTimes - ABŞ İsrailin əlində acizdirmi?! Mark Toner İsraili vəhşiliklərdən əl çəkməyə çağırmaq əvəzinə, Türkiyənin yardımının qarşını almağa çalışır


ABŞ Türkiyəni razı salmağa çalışır. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Mark Töner Qəzzaya göndəriləcək ikinci yardım gəmisi ilə bağlı bütün məsələləri Türkiyə ilə paylaşdığını deyib.
O bildirib ki, Türkiyə hökuməti ilə bütün nigarançıqılıqlarını paylaşırlar: "Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlamasında Qəzzaya yardım göndərən ölkələrə heç kimin mane ola bilməyəcəyini demişdi. Bu fikir doğru ola bilər, amma məqsədimiz mane olmaq deyil. Müstəqil fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə müdaxilə edə bilmərik. Sadəcə olaraq insan həyatının risqə atıldığı yeni bir vəziyyətlə üzləşmək istəmirik. Bununla bağlı da Türkiyə ilə danışıqlarımız davam edir. Bütün nigarançılığımızı Türkiyə ilə paylaşırıq". /SIA.az/


Story Code: 76213

News Link :
https://www.islamtimes.org/az/news/76213/abş-türkiyəni-razı-salmağa-çalışır

Islam Times
  https://www.islamtimes.org