QR CodeQR Code

Polşanın araşdırmalar mərkəzinin təmsilçisi Hacı İlqar İbrahimoğlu ilə görüşmüşdür

2 Jun 2011 05:53

IslamTimes - Polşanın OCW - Şərq Araşdırmalar Mərkəzinin Qafqaz və Orta Asiya departamnetinin araşdırmaçısı Aleksandra Yaroşeviç bu günlərdə Bakıda səfərdədir.


Səfər çərçivəsində geniş görüşlər keçirən araşdırmaçı, İçərişəhər “Cümə” məscdinin imam-camaatı, DEVAMM-ın sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ilə görüşmüşdür.
Görüşdə Azərbaycanda son zamanlarda cərəyan edən proseslər, ölkə ictimai həyatında baş verən mühüm hadisələrin səbələri, inanclı insanlara qarşı yönələn təzyiqlər, insan haqlarını əhatə edən qanun layihələrinə edilən əlavələrin və bununla da yaranan narazılıqlarının araşdırılması istiqamətində suallar barədə geniş müzakirələr aparılmışdır.
Görüşdə həmçinin regionda, ərəb dünyasında və Yaxın Şərqdə cərəyan edən proseslər ətrafında da rəy mübadiləsi aparılmışdır. /Deyerler/


Story Code: 76214

News Link :
https://www.islamtimes.org/az/news/76214/polşanın-araşdırmalar-mərkəzinin-təmsilçisi-hacı-ilqar-ibrahimoğlu-ilə-görüşmüşdür

Islam Times
  https://www.islamtimes.org