İsrail rejimi bu il 52 fələstinli uşağı həlak etdi
Story Code : 762289
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Dünya Uşaqları Müdafiə Hərəkatı-Fələstin tərəfindən verilən yazılı açıqlamada, yanvar ayından etibarən Qəzzada 46, İordan çayının qərb sahilində də 6-sı olmaqla 52 fələstinli uşağın İsrail rejiminin hücumlarında şəhid olduğu bildirilib.
“İsrail rejimi qüvvələri həqiqi güllə də daxil olmaqla fələstinli uşaqlara qarşı həddindən artıq güc istifadə edib. Şəhid edilən 52 uşaqdan 18-i başından vurulub”
Dünya Uşaqları Müdafiə Hərəkatı-Fələstinin məlumatlarına görə, İsrail rejiminin qüvvələri 2000-ci ildən etibarən 2070 fələstinli uşağı şəhid edib.