QR CodeQR Code

İranlıların yeməyinin artığı 40 milyon amerikalı acı doyurdar

Nur-az.com , 20 Nov 2018 11:27

İslamtimes - İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının ikinci komandanı general-mayor Hüseyn Səlami dünən axşam Şərqi Azərbaycan əyalətinin üç hərəm müdafiəçisi şəhidinin anım mərasimində iştirak edib.


Təbriz Universitetində baş tutan mərasimdə çıxış edən general Təbrizi böyük alimlərin, cavidan mücahidlərin, şərəfli, kərim, qeyrətli, imanlı və bəsirətli qadın və kişilərin şəhəri adlandırıb.
Hərəm müdafiəçiləri barədə söz açan general İranın hərbi sahədə ölkə daxilində və xaricdə müvəffəqiyyətlərindən də danışıb, İranın izzətinə görə şəhidlərə borclu olduqlarını vurğulayıb.
General Səlami əlavə edib: “Amerika bütün psixoloji, media və mədəniyyət gücü ilə meydana gəldi ki, gənclərimizi inqilabdan, rəhbərlikdən və inqilabın böyük nailiyyətlərindən ayırsın, cavanlarımızın zehnində şübhə toxumu əksin. Düşmənin bu hərtərəfli hücumları qarşısında cavanlarımız müqavimət cəbhəsi yaratdılar, məscidlərdə etikaf saxladılar, beləliklə düşmənin bütün hücumları puça çıxdı, heç bir azad və şərəfli iranlı onun istəyinə ləbbeyk demədi.”


SEPAH komandiri çıxışının digər hissəsində deyib: “Bizim düşmənlərimiz İranın qüdrətini məhdudlaşdırmağa, nüfuz dairəmizi bizdən almağa təlaş edirdilər. Amma heç bir qələt edə bilmədilər. İndi regiona baxın: Kim daha çox parlayır? İraqın siyasi dəyişikliklərində kim hakimiyyətə gəlmişdir? Amerikanın tərəfdarları, ya İslam İnqilabının? Halbuki, Amerika İraqı işğal etmişdi. İran İraqı onların nüfuzundan çıxartdı. Livanda, Suriyada və s. də hamı nüfuz sahibinin kim olduğunu görür.”
Sərdar Səlami daha sonra deyib: “Amerika bizim neft ixracımızı sıfıra çatdırmaq istəyirdi. Amma neft alıcılarımızı sanksiyalardan azad etməyə məcbur oldu. İranı müdafiə və nüvə gücündən uzaqlaşdırmaq, bizi geridə saxlamaq istəyirdi. Amma İran xalqı onların bütün məkirlərini özlərinə qarşı çevirdi.”
Hüseyn Səlami Amerikanın regionda 7 trilyon pul xərclədiyini, amma öz ölkəsində 50 milyon insanın ac olduğunu vurğulayaraq, bunun səhv qərarlardan irəli gəldiyini bildirib.

SEPAH komandiri ABŞ nazirlərindən birinin “əgər İran dövləti əhalisinin ac qalmasını istəmirsə, Amerikaya tabe olmalıdır”-deyə sərsəmləməsinə də cavab verərək deyib: “Özünüzün 50 milyon nəfər acınızın qayğısına qalın. İranlıların yeməyinin artığı 50 milyon acı doyurdar. Əgər dövlətiniz acların şəraitini idarə edə bilmirsə, biz iranlıların yeməyinin artığından bu işi sizin üçün edək. Elə bilirsiniz ki, bizim ruzimiz sizin əlinizdədir? Öz xalqınızı aclıqdan qurtarın.”
Genaral daha sonra deyib: “Məhərrəm, Ərbəin və Səfərin qazanları hələ də yerindədir. Xalqımıza yoxsulluq arzu edirsinizsə, bu arzunuzu gorunuza aparacaqsınız. İran xalqı dünyanın ən şərəfli, ən izzətli və ən sərvətli xalqı olacaq. Necə ki, bu gün də şərəfli və böyükdür.

Tarix sübut etmişdir ki, hər kim Amerika ilə dostluq edibsə, qarət olmuş, abır-heysiyyəti aradan getmişdir. Amma Amerikanın qarşısında dayananlar izzətli və zəngin olmuşdur. İran və müqavimət ölkələrinin Amerika qarşısında durması davam edir.”


Story Code: 762303

News Link :
https://www.islamtimes.org/az/news/762303/iranlıların-yeməyinin-artığı-40-milyon-amerikalı-acı-doyurdar

Islam Times
  https://www.islamtimes.org