QR CodeQR Code

General Hacızadə: Sipahilərin PUA-ları İraq və Suriyada İŞİD-in başı üzərindədir

Islamazeri , 24 Nov 2018 10:30

Islamtimes - Hacızadə bir vaxtlar İranın ətrafındakı ABŞ bazalarının bir təhdid olduğunu, ancaq...


İranın raket və İHA imkanları haqqında açıqlama verən Sipahi Ordusu Hava Kosmos Birliyi komandanı general Əmir Əli Hacızadə bir vaxtlar İranın ətrafındakı ABŞ bazalarının bir təhdid olduğunu, ancaq bu gün bu bazaların İran ordusu üçün hazır tikə kimi olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, Əmir Əli Hacızadə İran İslam İnqilabı Lideri Ayətullah Xameneinin dinc sakinlərə zərər verilməməsi istiqamətində tövsiyəsi sayəsində İran mütəxəssislərinin dəqiq zərbə endirən raketləri inkişaf etdirdiklərini qeyd edib.

Sipahi Ordusunun PUA-ları barədə də danışan General Hacızadə bu PUA-ların İraq və Suriyada İŞİD-in başı üzərində olduğunu, sözügedən PUA-ların xidmətindən təkcə İran deyil, Suriyada Suriya ordusu, Rusiya və "Hizbullah"ın da istifadə etdiyini vurğulayıb.


Story Code: 762932

News Link :
https://www.islamtimes.org/az/news/762932/general-hacızadə-sipahilərin-pua-ları-iraq-və-suriyada-işid-in-başı-üzərindədir

Islam Times
  https://www.islamtimes.org