QR CodeQR Code

General Cəfəri: ABŞ-ın hətta bir meşə yanğınını da söndürməyə gücü çatmır

ABŞ İranın sanksiyalara qarşı güclü olduğunu etiraf edir."

Islamazeri , 24 Nov 2018 10:41

İslamtimes - İranln Sipahi Ordusu baş komandanı general Məhəmməd Əli Cəfəri ABŞ rəsmilərinin şəxsən İranın sanksiyalara qarşı güclü olduqlarını etiraf etdiklərini bildirib.


İslamazeri.com xəbər verir ki, bir mərasimdə danışan Məhəmməd Əli Cəfəri ABŞ-ın dağılmağa üz tutduğunu, belə ki, bu gün hətta bir meşə yanğınını da söndürməyə gücü çatmadığını bildirib.

Amerikanın son qırx ildə sahib olduğu gücü itirdiyini qeyd edən General Cəfəri buna baxmayaraq, Ağ Ev rəhbərlərinin Səudiyyə rejimi kimi terrorçu rejimləri müdafiə etməyə davam etdiyini və Səudiyyə sülaləsini inək sürüsü kimi sağmağa davam edə bilmək üçün kobud bir şəkildə böyük İran xalqını təhqir etdiklərini ifadə edib.

Cəfəri Amerikanın gücünü itirməsinin əlaməti olaraq bölgədə ard-arda müqavimətə qarşı məğlubiyyətlərini nümunə göstərdi.


Story Code: 762938

News Link :
https://www.islamtimes.org/az/news/762938/general-cəfəri-abş-ın-hətta-bir-meşə-yanğınını-da-söndürməyə-gücü-çatmır

Islam Times
  https://www.islamtimes.org