0
Sunday 25 November 2018 - 13:29

İmperializm İslam Oyanışından sillə yeyəcək

Story Code : 763132
İmperializm İslam Oyanışından sillə yeyəcək
 Rəhbər Ayətullah Xamenei İslam Peyğəmbərinin (s) mövludu və İmam Sadiqin (ə) təvəllüdü ildönümü münasibəti ilə dövlət rəsmiləri, 32-ci İslam Vəhdəti Konfransının qonaqları ilə görüşüb. Ayətullah Xamenei buyurub: Dünya cəhalət qaranlığında qərq olduğu bir zamanda Allah-Taala peyğəmbər nurunu bəşəriyyətə əta etdi. Bu gün də həmin nur arxasınca getsək, qurtuluşa nail olarıq.  Bu gün super güclərin zülmü sayəsində dünya qədimdəki kimi zülmətə qərq olub. Bu gün təkcə müsəlmanlar yox, bəşəriyyət problemlə üzləşib. Zahirən inkişaf etmiş ölkələr də böhran yaşayır. İslam bütün ehtiyaclara cavab verir. Zülmə qarşı müqavimət hərəkatı var və bu müqavimət Allahın adına, İslama bağlıdır.   İmperializm İslam Oyanışından sillə yeyəcək!
   
 
 
Source : IslamTimes
Tagged
imperializm