0
Monday 26 November 2018 - 19:32

Suriya nazirlər kabinetində dəyişikliklər nəzərdə tutulur

Story Code : 763366
Suriya nazirlər kabinetində dəyişikliklər nəzərdə tutulur
DamasPost-un verdiyi xəbərə əsasən Suriya nazirlər kabinetində dəyişiklik gözlənilir. Baş nazir İmad Xumeysin 2016-cı ildə təşkil olunmuş kabinetində üç nazir dəyişə bilər.  Xarici işlər naziri 77 yaşlı Vəlid Müəllimi sağlamlıq durumuna görə Suriyanın BMTdə daimi nümayəndəsi Bəşar Əl-Cəfəri əvəz edə bilər. Daxili işlər naziri, müavini korrupsiyada ittiham edildiyi üçün postunu təhvil verməli olacaq. Üçüncü nazir su təsərrüfatı naziridir.
 
Source : IslamTimes