0
Wednesday 28 November 2018 - 17:37

Rəhbər: Bir iş görün ki, düşmənin hədələməyə cürəti çatmasın!

Story Code : 763764
Rəhbər: Bir iş görün ki, düşmənin hədələməyə cürəti çatmasın!
Bu gün günorta Rəhbər Ayətullah Xamenei hərbi dəniz qüvvələri komandanları və məsulları ilə görüşdə buyurub:
Öz güc və hazırlığınızı bacardıqca artırın ki, düşmənin İran xalqını hətta hədələməyə cürəti çatmasın!
Düşmən cəbhə yaradıb və müəyyən geriliklərin aradan qaldırılması zəruridir. Ona görə də bütün sahələrdə, o cümlədən dəniz qüvvələrində ikiqat çalışmaq lazımdır.
Ölkədəki problemlərin həll yollarından biri gənc və mömin nəslə güvənməkdir.
İslam Respublikası kiminləsə müharibəyə başlamaq istəmir. Amma elə güclənmək lazımdır ki, silahlı qüvvələrin varlığından çəkinib uzaq dayansınlar.
 
Source : IslamTimes
Tagged
rəhbər