0
Thursday 29 November 2018 - 11:11

Qarabağ Komitəsi dekabrın 15-nə mitinq təyin edib

Story Code : 763879
Qarabağ Komitəsi dekabrın 15-nə  mitinq təyin edib
Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib. İslaminSesi xəbər verir ki,  toplantıda ilk öncə təşkilati məsələlərə baxılıb. Şaiq Süleymanov, Fikrət Cəfərlu, Aydın Canıyev, Nazim Quliyev, Rüfət Hacıbəyli və Cəfər Baxış yekdilliklə Qarabağ Komitəsinə üzv seçiliblər. İclasda digər gündəm məsələləri də müzakirə olunub. İlham İsmayılın sədrliyi ilə keçirilən gərgin və ciddi müzakirələrdə Qarabağ Komitəsinin qarşıdakı müddət üçün fəaliyyət proqramı müzakirə olunub və müzakirələrdə Əvəz Zeynallı, Tural Abbaslı, Akif Nağı, Rövşən Məmmədli, Pənah Hüseyn, Əhəd Məmmədli, Mirmahmud Mirəlioğlu, Sahib Kərimli, Sahib Mirzəyev, Rəşid Əlibəyli və digərləri bu və ya digər məsələlər ətrafında fikirlərini bildiriblər. Qarabağ Komitəsi 22 nəfər lehinə, 4 nəfər əleyhinə, 2 nəfər isə bitərəf olmaqla dekabrın 15-nə yenidən mitinq təyin edib. Qarabağ Komitəsi şəhid ailələrinin problemlərini işıqlandırdığı zaman jurnalist fəaliyyətini yerinə yetirən Əfqan Sadıqovun həbsindən narahatçılığı bildirib, onun əsassız yerə 30 sutka həbs olunduğunu bəyan edib və Əfqan Sadıqovun təcili azadlığa buraxılmasını tələb edib. Qarabağ Komitəsi toplantıdan sonra mətbuat və cəmiyyət üçün canlı brifinq keçirdi. Qarabağ Komitəsi aşağıdakı qərarları qəbul edib:
1. Gəncə şəhərində elan olunan Qarabağ Komitəsinin dayaq dəstəsi qeydə alınsın;
2. 15 dekabr 2018-ci il tarixdə Bakı şəhərində "Məhsul" stadionunda saat 15.00-17.00-da "Qarabağa azadlıq!", "İşğala son!" şüarları ilə mitinq keçirilsin;
3. 5 dekabr 2018-ci il tarixində saat 12.00-14.00-da "Azərbaycan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı" mövzusunda KXCP qərargahında Dəyirmi Masa keçirilsin;
4. “Ermənistanın Azərbaycana təcavüzü və Atəşkəs” məsələsi mövzusunda Dəyirmi Masa keçirilsin;
5. AR MN və AR XİN-ə atəşkəs məsələsinin beynəlxalq hüquqi məzmununa aydınlıq gətirilməsi üçün yazılı sorğu verilsin;
6. Qarabağ Komitəsinin 2019- cu il üçün fəaliyyət istamətləri haqqında sənəd hazırlansın.
Qarabağ Komitəsi Mətbuat Xidməti 28 noyabr 2018
Source : IslamTimes
Tagged
qarabağ