0
Sunday 2 December 2018 - 14:28

Suriyada terror yuvalarından ABŞ istehsalı olan raketlər aşkarlandı

Story Code : 764448
Suriyada terror yuvalarından ABŞ istehsalı olan raketlər aşkarlandı
Suriya Ordusu ölkənin cənubunda təmizləmə əməliyyatı apardığı zaman terrorçuların  mövqelərindən ABŞ istehsalı olan TAW raketləri və 100 mindən artıq patron aşkarlayıb. Azad olunmuş ərazilərdə təhlükəsizliyi təmin etmək üçün təmizləmə əməliyyatları davam etdirilir. TAW raketlərinin aşkarlanması barədə Suriyanın SANA agentliyi xəbər yayıb. Terror yuvalarından “ağdəbilqəlilərə” məxsus təchizatların tapılması bir daha təsdiqləyir ki, bu təxribatçı qrup da ABŞ tərəfindən dəstəklənir. Ağdəbilqəlilər mülki əhaliyə kömək adı altında çox cinayət törədib.
 
Source : IslamTimes
Tagged
Suriya