0
Saturday 1 December 2018 - 17:13

Ayətullah Sistani BMT-nin İraq üzrə xüsusi nümayəndəsilə görüşdü

Story Code : 764474
Ayətullah Sistani BMT-nin İraq üzrə xüsusi nümayəndəsilə görüşdü
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Ayətullah Sistaninin uzun bir müddətdən sonra BMT-nin Yan Kubişlə dünən görüşdüyü vaxt çəkilmiş şəkli İraq mediasında işıqlandırılıb.
 
Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşündən sonra dünən mətbuat konfransı keçirən BMT-nin İraq üzrə xüsusi nümayəndəsi, İraqdakı vəzifə müddətinin başa çatması səbəbilə Ayətullah Sistaniyə vida ziyarəti etdiyini deyib.
 
Kubiş Ayətullah Sistaninin ondan sonra İraqda vəzifəyə başlayacaq BMT-nin xüsusi nümayəndəsinə də dəstək verəcəklərini söylədiyini bildirib.
 
Ayətullah Sistani ilə İraqın məcburi köçkün və qaçqınlarının vəziyyətini də müzakirə etdiyini bildirən Kubiş, evlərindən didərgin düşmüş iraqlıların yenidən öz evlərinə qayıtması və Mosulun yenidən abad edilməsinin görüşdə müzakirə edildiyini söyləyib.
 
Source : Deyerler
Tagged
sistani
Comment