QR CodeQR Code

İsrail Somali piratlarından fərqlənmir

XezerXeber , 3 Jun 2011 07:48

IslamTimes - Türkiyə xarici işlər naziri Davutoğlu İsrail rejimini sərt tənqid edib


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu, Suriyada amnistiya elan olunmasını müsbət qiymətləndirib: “Siyasi islahatların aparılması üçün amnistiyanı elan olunması üçün çox mühüm bir məsələdir.” - deyə Davutoğlu əlavə edib.

Bu barədə sözləri Davutoğlu TGRT telekanalında yayımlanan proqramda jurnalistlərin suallarını cavalandırarkən bildirib.

Qəzzaya göndəriləcək yeni gəmi ilə bağlı sualları cavablandıran Davutoğlu “İsrail Türkiyədən üzr istəməsə və təzminat ödəməsə heç bir halda iki ölkə arasındakı münasibətlər əvvəlki kimi olmayacaq. Ümid edirik ki, İsrail rejimi bu dəfə beynəlxalq sularda qanunsuzluğa yol verməyərək, bu haqqda provokatif ifadələr işlətməyəcək. Rəfah sərhəd qapısı artıq açılıb. Artıq bizim bu yollardan da istifadə etməyimiz mümkündür. Aralıq dənizi İsrailə aid bir dəniz deyil. Bunu hamı bilməlidir. Əgər İsrail aralıq dənizinin şərqində istədiyi vaxt istənilən gəmiyə müdaxilə edirsə, onda İsrailin Somalidə olan dəniz piratlarından heç biri fərqi yoxdur.” - deyə əlavə edib.


Story Code: 76549

News Link :
https://www.islamtimes.org/az/news/76549/israil-somali-piratlarından-fərqlənmir

Islam Times
  https://www.islamtimes.org