0
Monday 10 December 2018 - 18:38

Fars Körfəzi Həmkarlıq Şurasında təzadlar

Story Code : 765945
Fars Körfəzi Həmkarlıq Şurasında təzadlar
Fars Körfəzi Həmkalıq Şurasının (GCC) iclası açıq ziddiyyətlərlə yadda qaldı. Şura 25 may 1981-ci il tarixində qurulub, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Əvvəla, Oman və Qətər başçıları iclasa qatılmayıb. Şurada 2011-ci ildən ziddiyyətlər ortaya çıxıb. O zaman Oman fərqli mövqe sərgiləmişdi. Ötən il Qətərlə problem yaşandı. Qətərdən tələb olunurdu ki, İranla əlaqələri kəssin, Türkiyə ilə əlaqələri məhdudlaşdırsın.  Bir şuranın üç ölkəsi birini mühasirəyə alırsa, şuradakı durum aydındır. Beləcə şuranın iclası nəticəsiz başa çatıb.
 
Source : IslamTimes
Tagged
şura