0
Friday 3 June 2011 - 13:45

İmam Xomeyni Əfqanstan cihadının da mənəvi lideridir!

Story Code : 76601
İmam Xomeyni Əfqanstan cihadının da mənəvi lideridir!
İmam Xomeyni Əfqanstan cihadının da mənəvi lideridir!
Islam times.org/az/ - Əfqanstan "İslami Hərəkat Partiyası" lideri "Məhəmməd Muxtar Muflih" mətbuata verdiyi müsahibədə İran İslam Respublikasının dahi lideri İmam Xomeyninin eyni zamanda Əfqanstan cihadının da mənəvi lideri sayıldığını vurğulayaraq "Əfqanstan xalqının cihadı qalib olduğu zaman İmam Xomeyni həyatda olsaydı, biz o cihaddan sonra bu gün qarşılaştığımız problemlərə şahid olmazdıq" dedi.

"Muxtar Muflih" daha sonra, İmam Xomeyninin hayatda olduğu vaxtlarda Əfqanstan xalq cihadının hələ qalib olmadığını və İslam düşmənlərinin bu cihadı yolundan azdırmaq üçün hər cür yola əl atdıqlarını xatırladaraq "İmam Xomeyninin dahi şəxsiyyəti haqda danışmaq asan deyil. Bu mövzuda cildlərlə kitab yazmaq , neçə konfranslar keçirmək olar, amma yenə də bilinməyən, deyilməyən nöqtələr qalar " kimi fikir bildirmişdir.

Əfqanstan "İslami Hərəkat Partiyası" lideri " Məhəmməd Muxtar Muflih" sözünün davamında , İran xalqının hələ çox əvvəllərdən ədalətin bərqərar edilməsi üçün mücadilə etdiyini, daha sonra İmam Xomeyninin başçılığı ilə İslam İnqilabını bərpa etdiyini bildirərək "Bu uğurun izləri bu gün bir nur kimi dünyanın hər tərəfini işıqlandırmaqda və yol göstərməkdədir" dedi.
Translator :
Source : islamtimes
Comment